Ən geci 2 il sonra Ermənistan və Avropa İttifaqı arasında vizasız rejim olacaq.


 


Sfera.az APA-ya istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.


 


Hazırda Vətəndaş Müqaviləsi Partiyasının lideri qismində seçicilərlə görüş keçirən Nikol Paşinyan deyib ki, maksimum 2 il ərzində Ermənistan vətəndaşları "Şirak” hava limanından Larnaka şəhərinə vizasız uça biləcəklər.


 


Xatırladaq ki, Ermənistan ilə Avropa İttifaqı arasında viza rejiminin liberallaşdırılması üzrə danışıqlar rəsmi olaraq 2024-cü ilin dekabr ayında başlayıb.