“Mançester Yunayted”in portuqaliyalı yarımmüdafiəçisi Bruno Fernandes İngiltərə Premyer Liqasında bir mövsümdə ən çox məhsuldar ötürmə edən futbolçu rekorduna imza atıb.
Sfera.az xəbər verir ki, “Brayton”a qarşı keçirilən səfər oyununda Fernandes hesabı açan Patrik Dorquya məhsuldar ötürmə verib.
Bununla da 31 yaşlı futbolçunun cari mövsümdə qolla nəticələnən ötürmələrinin sayı 21-ə yüksəlib.
Bu göstərici ilə Bruno Fernandes Premyer Liqa tarixinin rekordunu yeniləyib. Daha əvvəl rekord 20 məhsuldar ötürmə ilə Cerri Henri və Kevin De Bruyneyə məxsus idi. Hər iki futbolçu müvafiq olaraq 2002/03 və 2019/20 mövsümlərində bu göstəriciyə nail olmuşdu.
Qeyd edək ki, Bruno Fernandes 2020-ci ildən “Mançester Yunayted”in formasını geyinir. O, klubla birlikdə 2023-cü ildə İngiltərə Liqa Kubokunu, 2024-cü ildə isə FA Kubokunu qazanıb.
Niyaz Hacıyev
Sfera.az