İngiltərə futbol çempionatında mövsümün həlledici qarşılaşmalarından biri başa çatıb. “Tottenhem Hotspur” “Everton”u 1:0 hesabı ilə məğlub edərək növbəti mövsüm üçün İngiltərə Premyer Liqasındakı yerini təmin edib. 




Sfera.az xəbər verir ki, oyunun yeganə qolunu 43-cü dəqiqədə Coao Palhinha vurub.




Bu nəticədən sonra “Tottenhem Hotspur” turnir cədvəlində 41 xalla 17-ci pillədə qərarlaşıb və son turda “Lids”i 3:0 hesabı ilə məğlub edən “Vest Hem”dən iki xal öndə qalıb. Beləliklə, “Vulverhempton Wanderers” və “Börnli” Premyer Liqanı tərk edən komandalar sırasında yer alıb. Onların yerini gələn mövsüm yüksək liqada “Koventri”, “İpsviç” və “Hall” komandaları tutacaq.


 


Qeyd edək ki, daha əvvəl “Arsenal”ın 2003/2004 mövsümündən sonra ilk dəfə İngiltərə Premyer Liqasının qalibi olduğunu bildirilmişdi. “Mançester Siti” ikinci, “Mançester Yunayted” isə üçüncü pillədə qərarlaşıb.


 


Niyaz Hacıyev 

Sfera.az