Çin milli valyutası olan yuan ABŞ dollarına qarşı son üç ilin ən yüksək göstəricisinə çatıb.


 


Bu artım investorların İran müharibəsinin başa çatması ilə bağlı mümkün razılaşmaya və strateji əhəmiyyət daşıyan Hörmüz boğazının yenidən tam fəaliyyətə başlamasına dair ümidlərinin fonunda qeydə alınıb.


 


Sfera.az xəbər verir ki, Çin banklarından birində çalışan maliyyə bazarı iştirakçısı “Reuters” agentliyinə açıqlamasında bildirib ki, boğaz vasitəsilə daşımaların tam şəkildə bərpası qısa müddətdə çətin görünür:


 


“Hazırkı mərhələdə dəniz daşımalarının tam bərpası çətin olsa da, hətta qismən normallaşma belə maliyyə bazarları üçün müsbət siqnal hesab olunur”.


 


Qeyd edək ki, Hörmüz boğazı dünya enerji ticarətinin əsas marşrutlarından biridir. Bu bölgədə vəziyyətin sabitləşməsi neft qiymətlərinə və beynəlxalq valyuta bazarlarına da təsir göstərə bilər.


 


Bəsti Rəfizadə


Sfera.az