İspaniya hökuməti “MV Hondius” kruiz gəmisində yayılan hantavirus infeksiyasına daha bir yoluxma halının aşkarlandığını bildirib. 


 


Sfera.az xəbər verir ki, bununla da həmin virusa ümumi yoluxma sayı 13-ə çatıb. 


 


Məsələ ilə bağlı “X” hesabında paylaşım edən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus vəziyyətin sabit olaraq qaldığını vurğulayıb.


 


Onun sözlərinə görə, mayın 2-də ÜST-ə ilk dəfə xəstəlik barədə məlumat verildikdən sonra hantavirusdan yeni ölüm halları qeydə alınmayıb.