Qış transfer pəncərəsində uzun müddət "Fənərbaxça" və "Qalatasaray"ın gündəmində olan, lakin son anda "Atletiko Madrid"ə keçən Ademola Lukmanla bağlı gözlənilməz qərar alınıb yaşanıb. İspaniya nəhəngi nigeriyalı sol cinah hücumçusunu satış siyahısına qoyub.
Sfera.az xəbər verir ki, “Fichajes"in yaydığı məlumata görə, İspaniyada keçirdiyi ilk 3 aylıq müddətdə "Atletiko Madrid" forması ilə 24 rəsmi oyuna çıxan 28 yaşlı futbolçu, 9 qol və 4 məhsuldar ötürmə ilə diqqətçəkən performansa imza atıb. Lakin Lukman bu ciddi statistikasına rəğmən, baş məşqçi Diyeqo Simeonenin taktiki sisteminə tam uyğunlaşa bilməyib.
Daha nizamlı bir heyət qurmaq istəyən klub rəhbərliyi, futbolçu ilə yolları ayırmaq qərarına gəlib. Xüsusilə İngiltərə Premyer Liqasından ciddi müştəriləri olan nigeriyalı oyunçu üçün madridlilər təxminən 60 milyon avroluq transfer qiyməti müəyyənləşdirib. Sol cinah mövqeyini gücləndirmək istəyən və bir müddətdir "Milan"dan ayrılması gündəmdə olan Rafael Leao ilə maraqlanan "Qalatasaray" və "Fənərbaxça" üçün bu addım yeni bir qapı açıb. Noa Lanq ilə yolları ayıran "sarı-qırmızılılar" sol cinah boşluğunu Lukmanla doldurmaq istəyir. Kerem Aktürkoğlundan başqa sol cinah rotasiyasında alternativi olmayan "Fənərbağça” da transferdə israrlıdır. Yaşanan bu transfer qarışıqlığından sonra hər iki Türkiyə nəhənginin yaxın günlərdə Ademola Lukman üçün yenidən rəsmi danışıqlara başlayacağı gözlənilir.
Bəsti Rəfizadə
Sfera.az