Bu gün Misli Premyer Liqasına vəsiqə qazanan son komanda müəyyənləşəcək.


 


Sfera.az xəbər verir ki, pley-off oyununda "Qəbələ" "Mingəçevir"lə üz-üzə gələcək. 


 


"SOCAR Polymer Arena" təşkil olunacaq görüş saat 18:30-da start götürəcək. Matçda VAR sistemi də tətbiq ediləcək.


 


Oyunun referisi isə Tural Qurbanov olacaq.


 


Xatırladaq ki, "Qəbələ" Misli Premyer Liqasını başa çatan mövsümünü 11-ci, "Mingəçevir" isə 1-ci liqanı 2-ci pillədə tamamlayıb.