Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında növbəti oyununa çıxacaq.


 


Sfera.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu komanda F qrupundakı üçüncü matçında Fransa ilə qarşılaşacaq.


 


“Tipos Arena”da baş tutacaq görüş Bakı vaxtı ilə saat 15:15-də start götürəcək. Qarşılaşma qrup liderliyi baxımından xüsusi önəm daşıyır.


 


Hazırda Azərbaycan millisi F qrupunda 6 xalla liderdir. Fransa 4 xalla ikinci, İtaliya 1 xalla üçüncü pillədə qərarlaşıb. Hər iki matçda məğlub olan Avstriyanın isə xalı yoxdur.


 


Qeyd edək ki, Avropa çempionatına iyunun 4-də yekun vurulacaq.