Fransanın “Paris Saint-Germain” (PSJ) və İngiltərənin “Arsenal” komandaları şənbə günü Avropanın ən nüfuzlu klub turniri olan UEFA Çempionlar Liqası çərçivəsində final oyununa çıxacaqlar.
Sfera.az xəbər verir ki, qarşılaşma Macarıstanın paytaxtı Budapeşt şəhərində yerləşən “Puskas” Arenada keçiriləcək. Matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
PSJ ardıcıl ikinci dəfə Çempionlar Liqasının kubokunu qazanmağa çalışacaq. “Arsenal” isə klub tarixində ilk dəfə bu nüfuzlu turnirin qalibi olmaq uğrunda mübarizə aparacaq.
Niyaz Hacıyev
Sfera.az