İspaniyalı mütəxəssis Andoni İraola İngiltərənin “Liverpul” klubunun yeni baş məşqçisi olmağa yaxındır.
Sfera.az xəbər verir ki, bu barədə tanınmış insayder jurnalist Fabritsio Romano sosial şəbəkə hesabında məlumat yayıb. Məlumata görə, “Liverpul” rəhbərliyi artıq seçim edib və yaxın günlərdə İraola ilə danışıqların yekunlaşdırılması gözlənilir. Romano təyinatın tezliklə rəsmən açıqlanacağını bildirib. Xatırladaq ki, daha əvvəl “Liverpul”un baş məşqçi Arne Slotla yollarını ayırdığını xəbər verilmişdi.
Niderlandlı mütəxəssis 2024-cü ilin mayında komandanın sükanı arxasına keçmişdi. O, ilk mövsümündə “Liverpul”u İngiltərə Premyer Liqasının çempionu edib və komandanı Liqa Kubokunun finalına çıxarıb. Lakin 2025/26 mövsümündə mersisaydlılar Premyer Liqanı beşinci pillədə başa vurub, həmçinin Superkubok uğrunda oyunda “Kristal Pelas”a məğlub olaraq mövsümü titulsuz tamamlayıblar. 43 yaşlı Andoni İraola 2023-cü ildən etibarən “Bornmut”a rəhbərlik edib. Onun rəhbərliyi altında komanda 2025/26 mövsümünü Premyer Liqada altıncı yerdə başa vurub. İspaniyalı mütəxəssis daha əvvəl “Mirandes”, “Rayo Valyekano” və Yunanıstanın AEK klubunda çalışıb. Futbolçu karyerasında isə İraola əsasən “Atletik Bilbao”nun formasını geyinib.
O, Bilbao təmsilçisi ilə üç dəfə İspaniya Kral Kubokunun, bir dəfə isə UEFA Avropa Liqasının finalına yüksəlib. Karyerasının son dönəmində ABŞ-nin “New York City” klubunda çıxış edib.
Niyaz Hacıyev
Sfera.az