Bu gün UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün finalında Fransanın PSJ və İngiltərənin "Arsenal" klubları qarşılaşır.


 


Sfera.az xəbər verir ki, komandalar matça aşağıdakı heyətlə çıxıblar:


 


PSJ: Safonov, Markinyos, Paço, Mendeş, Hakimi, Neveş, Vitinya, Ruis, Due, Kvaratsxeliya, Dembele.


 


"Arsenal": Raya, Saliba, Maqalhaes, Lyuis-Skelli, Moskera, İnkapiye, Trossard, Rays, Edeqor, Saka, Haverts.


 


Oyunu almaniyalı referi Daniel Zibert idarə edir.


 


***


Haverts "Arsenal"ı görüşün 6-cı dəqiqəsində hesabda önə çıxardı: 0-1.


 


***


65-ci dəqiqədə Dembele penalti zərbəsi ilə hesabı bərabərləşdirdi: 1-1.


 


***


Görüşün əsas vaxtı 1-1 hesabı ilə başa çatdı. Matçda qalibi müəyyənləşdirmək üçün əlavə 30 dəqiqə oynanılır.


 


***


Əlavə vaxtda da tarazlıq pozulmadı. Qalibin adına aydınlıq gətirilməsi üçün penalti zərbələri yerinə yetiriləcək.


 


***


Penalti zərbələrində 4-3 qalib gələn parislilər Çempionlar Liqasının qalibi oldu.