“Qarabağ”dan ayrılan təcrübəli futbolçu Ramil Şeydayev “Şəfa” ilə danışıq aparıb.



 


Sfera.az xəbər verir ki, birinci Liqanın qalibi kimi Premyer Liqaya vəsiqə qazanmış paytaxt təmsilçisi təcrübəli futbolçuya təklif göndərib. Ancaq tərəflər maliyyə məsələsində anlaşa bilmədiklərinə görə keçid baş tutmayıb.




Qeyd edək ki, “Qarabağ”a “Neftçi”dən keçən Ramil Şeydayev son mövsümdə cəmi 3 qarşılaşmada meydana çıxıb. 30 yaşlı futbolçu hazırda azad agent statusu daşıyır.