Azərbaycan Texniki Universitetinin İdman Sarayında Beynəlxalq Real Aykido Federasiyasının və Azərbaycan Real Aykido İdman Klubunun birgə təşkilatçılığı ilə Real Aykido üzrə “12-ci Beynəlxalq Seminar və Kəmər İmtahanı” keçirilib.
Sfera.az bildirir ki, tədbirdə ölkənin 13 klubunu təmsil edən 300-ə yaxın idmançı iştirak edib. Seminar çərçivəsində 200 idmançı növbəti kəmər dərəcələrini əldə etmək üçün imtahan verib. Yüksək nəticə göstərən iştirakçılar qara kəmər ustası dərəcələrinə layiq görülüblər.
Seminarda Beynəlxalq Real Aykido Federasiyasının prezidenti və Qazaxıstan nümayəndə heyəti də iştirak edib.
Tədbirə qatılan Milli Məclisin deputatı Ülvi Quliyev iştirak edib .
Deputat təşkilatçılara uğurlar arzulayıb və iştirakçıları əldə etdikləri nailiyyətlər münasibətilə təbrik edib.
Qeyd edək ki, seminar iştirakçılarının peşəkar hazırlıq səviyyəsinin artırılması, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və Real Aykido idman növünün daha geniş təbliği baxımından əhəmiyyətli platforma olub.