Bizə klubun avrokuboklara buraxılmayacağı ilə bağlı UEFA-dan hər hansı məlumat daxil olmayıb.
"Yeni Sabah" AZƏRTAC-a istinadla xəbər verir ki, bunu “Turan Tovuz” klubunun İdarə Heyəti sədrinin müavini Nəsimi Paşayev məlumat verib.
O bildirib ki, məsələ ilə bağlı rəsmi məlumat olmadığı üçün klub rəhbərliyi UEFA Konfrans Liqasına hazırlıqları davam etdirir: “Komanda hazırda istirahətdədir. Futbolçular bir neçə gündən sonra toplaşaraq avrokubokların hazırlıqlarına başlayacaqlar. Bu yaxınlarda UEFA nümayəndələri Tovuz şəhər stadionuna baxış keçirdilər. Görülən işləri araşdıran rəsmilər yenidənqurma prosesinin yüksək səviyyədə təşkil olunduğunu vurğuladılar”. Sezar pizza
Qeyd edək ki, Premyer Liqada mövsümü bürünc medalla başa vuran "Turan Tovuz"un UEFA Konfrans Liqasında iştirak hüququndan məhrum edilə biləcəyi ilə bağlı xəbərlər yayılıb. İddiaya görə, klub 2019-cu ildə baş verən hadisələrə görə avrokuboklara buraxılmayacaq. Belə ki, həmin il UEFA-dan AFFA-ya daxil olan hesabatlara əsasən, "Turan Tovuz"un yeddi oyunçusunun - Sənan Qocayev, Misir Rüstəmov, Emin Bağırov, İlkin Sadıqov, Rüfət Məmmədov, Eltay Tağıyev və Şahin Quluzadənin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyən edildiyi üçün onların futbolla bağlı bütün növ fəaliyyətlərinə ömürlük qadağa qoyulub.
Telegram kanalımız