Fransa Prezidenti Emmanuel Makron Çempionlar Liqasının qalibi olan "Paris Saint-Germain" (PSJ) klubunun futbolçularını və məşqçi heyətini Yelisey Sarayında qəbul edib.


 


Sfera.az xəbər verir ki, "PSJ" Çempionlar Liqasının finalında İngiltərənin "Arsenal" komandasını məğlub edərək turnirin qalibi olub. Görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb, penaltilər seriyasında isə Paris təmsilçisi 4:3 hesabı ilə üstünlük qazanıb. Çıxışı zamanı Emmanuel Makron "PSJ"ni Avropanın ən böyük klublarından biri adlandırıb və komandanın azarkeşləri son saniyəyədək həyəcan içində saxladığını vurğulayıb.


 


Tədbirin sonunda Fransa Prezidenti "PSJ"nin futbolçuları ilə xatirə şəkli çəkdirib.


 


Niyaz Hacıyev


Sfera.az