PSJ heyətinin ümumi dəyərinə görə dünyanın ən bahalı klubu olub.
Sfera.az Qol.az-a istinadən xəbər verir ki, “Transfermarkt”ın 1 iyun 2026-cı il tarixinə olan məlumatına əsasən, Paris klubunun heyətinin bazar dəyəri 1.37 milyard avro təşkil edir.
İkinci yerdə 1.34 milyard avro ilə “Real”, üçüncü pillədə isə 1.32 milyard avro dəyəri olan “Mançester Siti” qərarlaşıb. İlk beşliyi “Arsenal” (1.23 milyard avro) və “Barselona” (1.17 milyard avro) tamamlayır.