Yunanıstan millisinin və bir neçə İtaliya klubunun keçmiş müdafiəçisi Marios Oikonomu yol-nəqliyyat hadisəsindən sonra xəstəxanada vəfat edib.


"Yeni Sabah" xəbər verir ki, bu barədə "Kathimerini" nəşri məlumat yayıb.


33 yaşlı Oionomu mayın 23-də Yunanıstanın Yanina şəhərinin mərkəzi küçəsində idarə etdiyi motosikleti geriyə dönmə əməliyyatı yerinə yetirən yük avtomobilinə çırpıb. Futbolçu dərhal baş nahiyəsinin ağır xəsarətləri ilə xəstəxanaya çatdırılıb və bir neçə gün sonra reanimasiyada dünyasını dəyişib. pizza hut


Oikonomu 2016-2018-ci illərdə Yunanıstan yığmasının heyətində altı oyun keçirib.


O, klub səviyyəsində "Kalyari", "Bolonya", SPAL, AEK, "Bari", "Kopenhagen", "Sampdoriya" və digər komandalarda çıxış edib./Oxu.az



Telegram kanalımız