Son günlərdə argentinalı hücumçu Mauro İkardinin karyerasını vətənində davam etdirə biləcəyi ilə bağlı yayılan xəbərlərə rəsmi münasibət bildirilib.


 


Sfera.az türk mediasına istinadən xəbər verir ki, “River Plate” klubunun Prezidenti Stefano Di Karlo Mauro İkardinin transfer gündəmlərində olmadığını açıqlayıb.


 


Klub rəsmisi transfer şayiələrinə aydınlıq gətirərək, “Mauro İkardi hazırda müzakirə etdiyimiz ad deyil” ifadəsini işlədib.


 


Hazırda “Galatasaray”da çıxış edən İkardinin gələcəyi hələ də qeyri-müəyyən olaraq qalır. Məlumata görə, İstanbul təmsilçisi argentinalı futbolçuya yeni müqavilə təklif etməyə hazırlaşır.




Fidan Hacızadə

Sfera.az