PSJ-nin gürcü ulduzu Xviça Kvaratsxeliyanın transfer qiyməti xeyli artıb.
“Yeni Sabah” xəbər verir ki, “Transfermarkt” göstəricilərinə əsasən, 25 yaşlı vinqerin dəyəri nə az nə çox, 50 milyon avro yüksəlib. Futbolçunun dəyəri hazırda 140 milyon avrodur.
Kvaratsxeliyanın bonservisində özünü göstərən fantastik artımın səbəbi isə komandası ilə Çempionlar Liqasını qazanmasıdır. Final görüşündə “Arsenal”ı penaltilər seriyasında məğlub edən parislilərin bərabərlik qolunu vurduğu penaltini qazandıran da məhz Xviça olub. Pepperoni pizza
Qeyd edək ki, ulduz futbolçu cari mövsüm komandasının heyətində bütün turnirlərdə çıxdığı 48 oyunda 18 qol və 10 assistlə yadda qalıb. Kvaratsxeliya “Ballondor”un əsas namizədlərindən biridir.
Nazim Hacıyev
Telegram kanalımız