Moda influenseri Anita Gloss 2026-cı ilin yay mövsümü üçün qadın geyim trendlərini açıqlayıb.
Sfera.az bildirir ki, ekspert qadınlara bu mövsüm qarderoblarına küt burunlu toqqa ilə kəmərlər əlavə etməyi və onları sadə cins şalvarlarla və ya "oversize" pencəklərlə uyğunlaşdırmağı tövsiyə edib.
Gloss həmçinin “ekstra-mini” geyimlərin yenidən trendə çevrildiyini bildirib və ütülənmiş, çox səliqəli obrazların artıq dəbdə olmadığını qeyd edib. Onun sözlərinə görə, hazırkı moda “yüngül xaos”, açıq düymələr və sərbəst siluetlər üzərində qurulub.
Moda mütəxəssisi yaz-yay mövsümündə parlaq rəngli üst geyimlərinə üstünlük verilməsini, ayaqqabı seçimində isə platformalı barmaqarası yay ayaqqabısına (viyetnamka tipli ayaqqabılar) yer verilməsini məsləhət görüb.
Qeyd edək ki, ekspertin fikrincə, rahatlıq və qeyri-rəsmi stil 2026 yay modasının əsas istiqamətlərini təşkil edəcək.
İnci
Sfera.az