“İntensiv yağışlar əsasən kənd rayonlarında bir sıra fəsadlar yaradıb. Bununla əlaqədar olaraq Prezidentin xüsusi sərəncamı ilə 86 milyon manata qədər vəsait ayrılıb. Hesab edirəm ki, həmin vəsait problemlərin aradan qaldırılması və onların təkrarlanmaması üçün çox vacibdir”.


“Yeni Sabah” xəbər verir ki, bunu Milli Məclisin iyunun 5-də keçirilən növbədənkənar sessiyasının ilk iclasında deputat Əli Məsimli danışıb.


O qeyd edib ki, aprel ayında bu sərəncam verildikdən sonra may ayında yağan intensiv yağışlar fəsadların coğrafiyasını daha da genişləndirib: Pepperoni pizza


“Şəki-Zaqatala iqtisadi rayonunda, o cümlədən Şəki və Qax rayonlarında da müəyyən zərərlər meydana gəldi. Məsələn, Şəkinin Küngüt, Kiş və Baş Layısqı kəndlərinə ciddi ziyan dəyib. Baş Kiş kəndində iki körpü tamamilə dağılıb. Həmçinin Qaxın İlisu, Ağçay və Qabaqçöl kəndlərində təsərrüfatlara ciddi zərər dəyib. Taxıl və tərəvəz sahələrinin bir hissəsi yararsız vəziyyətə düşüb. Bu istiqamətdə Aqrar Sığorta Fondu tərəfindən bir sıra işlər görülüb və bunu müsbət qiymətləndirmək lazımdır. Lakin dəymiş ziyanın həcmi ilə aqrar sığortanın maliyyə imkanlarını müqayisə etdikdə, əlavə dəstəyin göstərilməsi də vacib görünür. Hesab edirəm ki, sığorta sistemi müxtəlif mexanizmlər vasitəsilə daha geniş tətbiq olunmalıdır ki, hər dəfə təbii fəlakət baş verəndə bütün yük dövlətin üzərinə düşməsin və sığorta mexanizmi tam gücü ilə işləyə bilsin. Bu səbəbdən aqrar sığortanın vəsaitləri ilə yanaşı, əlavə maliyyə resurslarının da məhz sığorta mexanizmi vasitəsilə ayrılmasını vacib hesab edirəm”.


Nazim Hacıyev



Telegram kanalımız