Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Elçin Vəliyev Geologiya İnstitutunda direktor müavini təyin olunub.
Sfera.az bildirir ki, Elçin Vəliyev eyni əmrə əsasən institutun direktor vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edəcək.
Elçin Vəliyev Bakı Dövlət Universitetində coğrafiya ixtisası üzrə bakalavriat, landşaftşünaslıq ixtisası üzrə isə magistratura səviyyəsində təhsil alıb. Həmçinin Ukraynanın İvano-Frankovsk Milli Texniki Neft və Qaz Universitetində neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alıb. 2018-ci ildə texnika üzrə fəlsəfə doktoru, 2024-cü ildə isə texnika elmləri doktoru elmi dərəcəsini əldə edib.