“Bu məlumatların əvvəlcədən mətbuata və ictimaiyyətə gizlədilməsi özü bir korrupsiya faktıdır”.
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında deputat Fazil Mustafa "Turan Tovuz" futbol klubu haqqında danışarkən deyib.
O bildirib ki, Azərbaycan futbolunda, xüsusilə də ətrafında yaranan vəziyyət korrupsiyanın və məsuliyyətsizliyin idmana vurduğu zərbəni açıq şəkildə göstərir. Deputatın sözlərinə görə, bir iş adamının komandaya milyonlarla manat vəsait yatıraraq onu Avropa kuboklarına qədər yüksəltməsi təqdirəlayiq haldır. Lakin sonradan klubun keçmiş dövrdən qalan cəzalar səbəbindən 10 il ərzində Avropa turnirlərində iştirak edə bilməyəcəyinin ortaya çıxması ciddi problemdir.
Fazil Mustafa qeyd edib ki, bu məlumatların vaxtında açıqlanmaması məsul şəxslərin fəaliyyətinə hüquqi qiymət verilməsini zəruri edir.
“'Korrupsiya ilə mübarizə haqqında" qanunun müvafiq maddələrinə əsasən, bu növ qanun pozuntularına yol verən şəxslər mütləq şəkildə subyektiv məsuliyyət daşımalıdırlar"– deyə deputat vurğulayıb.
Millət vəkili hesab edir ki, bu cür hallar regionlarda idmanın inkişafına sərmayə yatırmaq istəyən iş adamlarının həvəsini azaldır və ölkə futbolunun nüfuzuna mənfi təsir göstərir. Fazil Mustafa çıxışında nın növbəti dəfə Avropa çempionu olmasını da xatırladaraq bildirib ki, peşəkar və bacarıqlı kadrlar iş başında olduqda uğur qazanmaq mümkündür. “Deməli, problem potensialda deyil, idarəetmədə və məsuliyyətsizlikdədir”, – o əlavə edib.
Deputat həmçinin qeyd edib ki, xarici klublarda çıxış edən azərbaycanlı futbolçuların sayının azlığı da daxili sistemdə mövcud problemlərin göstəricisidir. Onun fikrincə, gələcəkdə müsbət dəyişikliklərə nail olmaq üçün qərar qəbul edən şəxslərin məsuliyyəti məsələsi diqqət mərkəzində saxlanılmalıdır.
Qeyd edək ki, UEFA İntizam Komitəsi AFFA-nın 2019-cu ildə danışılmış oyunlarla bağlı qərarına əsaslanaraq, “Turan Tovuz”u 2026/2027-ci illər mövsümündə avrokuboklardan kənarlaşdırıb. Klub qərardan İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edəcəyini açıqlayıb.
Firuzə Əliyeva
Sfera.az