Tərtər şəhərinin bir sıra ərazilərində qaz kəsiləcək.
Sfera.az xəbər verir ki, buna səbəb təmir-quraşdırma işlərinin aparılmasıdır.
Bildirilib ki, bununla əlaqədar olaraq iyunun 8-də saat 09:00-dan etibarən işlər başa çatanadək şəhərin Babək, İlham Sarıyev, Nəsimi, Üzeyir Hacıbəyov, Cavanşir, Ədalət Paşayev, Qara Qarayev, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Mahir Əsədov küçələrinin və Heydər Əliyev prospektinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.