Azərbaycanda 25 iyun qısaldılmış iş günü olacaq.


 


Sfera.az xəbər verir ki, Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bayram günündən əvvəlki iş günü bir saat qısaldılır.


 


Bu səbəbdən 26 İyun - Silahlı Qüvvələr Günü ilə əlaqədar olaraq 25 iyun (cümə axşamı) ölkə üzrə qısaldılmış iş günü olacaq.


 


Qeyd edək ki, 26, 27 və 28 iyun tarixləri ardıcıl olaraq qeyri-iş günləri olacaq. /metbuat.az