Qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti görüşünə çıxıb.
Sfera.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan yığma Macarıstanı qəbul edib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunan qarşılaşma rəqibin 2-1 hesablı qələbəsi ilə yekunlaşıb.
Yığmanın heyətində yeganə qolu Xanım Əsədova vurub.
Komanda bunadək Andorranı (3-1 2-0) və Şimali Makedoniyanı (2-0) məğlub edib, səfərdə isə Macarıstana uduzub – 0-1.
Azərbaycan millisi 5 oyundan sonra 9 xalla qrupda ikinci pillədə qərarlaşıb. Macarıstan yığması isə 13 xalla turnir cədvəlinə başçılıq edir.