İyunun 6-da Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
"Yeni Sabah" xəbər verir ki, gündəliyə uyğun olaraq bəzi vəkillərin dövlət qulluğunda fəaliyyətinə xitam verilməsi ilə əlaqədar vəkillik fəaliyyətinin bərpa edilməsi, dövlət qulluğuna qəbul edildiyinə görə vəkillik fəaliyyətinin dayandırılması, digər vəkil qurumlarına keçməsi, öz arzusu ilə vəkillik fəaliyyətinə xitam verilməsi, eləcə də müəyyən müddətə üzvlük haqqından azad olunması ilə bağlı müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib.
Həmçinin iclasda “Fortis” Vəkil Bürosunun təsis edilməsi və bəzi vəkillərin vəkil kabineti yaratmaları ilə bağlı müraciətləri müzakirə olunaraq müsbət qərarlar qəbul edilib. Toyuqlu pizza
Telegram kanalımız