İngiltərənin "Liverpul" klubu Premyer Liqanın digər təmsilçisi "Bernli"nin müdafiəçisi Maksim Estevi transfer etmək istəyir.


 


Sfera.az xəbər verir ki, mersisaydlılar 24 yaşlı fransalı futbolçunu İbrahima Konatenin əvəzləyicisi kimi nəzərdən keçirir.


 


Lakin hələlik transferlə bağlı konkret addımlar atılmayıb. M.Estev 2025/2026 mövsümündə bütün turnirlərdə 36 oyunda meydana çıxıb. Futbolçunun klubla müqaviləsinin müddəti 2030-cu ilin yayına qədərdir.


 


Qeyd edək ki, "Transfermarkt" portalı oyunçunun dəyərini 28 milyon avro qiymətləndirir./report