“Fənərbağça”nın növbədənkənar seçkili ümumi yığıncağı keçirilib.


 


Sfera.az xəbər verir ki, klub prezidenti Sadettin Saran iclasda vida çıxışı edərək vəzifəsindən ayrıldığını rəsmən açıqlayıb.


 


Klub prezidenti ən çox titul qazanmaqla yadda qaldıqlarını bildirib:


 


“Bu vəzifəyə şərait uyğun olduğu və “Fənərbağça”nın bizə ehtiyacı olduğuna inandığımız üçün gəldik. Məsuliyyətdən qaçmaq əvəzinə, əlimizi daşın altına qoymağa üstünlük verdik. Vəzifədə qalma müddətimiz qısa oldu, amma “Fənərbağça” tarixində bir mövsümdə ən çox kubok qazanan idarə heyəti olduq”.


 


62 yaşlı funksioner rəhbərlik etdiyi dövrü həyatının ən çətin mərhələsi adlandırıb:


 


“62 illik həyatımın ən çətin dövrünü burada yaşadım. Camaatdan gördüyüm sevgi və dəstək məni ayaqda saxladı”.


 


Sadettin Saran istefa qərarının nəticələrdən asılı olmadığını da qeyd edib:


 


“Bunu ilk dəfə deyirəm. O kubok gəlsəydi belə, bu gün yenə vidalaşacaqdım. Çünki bu qərar bir oyunun və ya bir kubokun nəticəsi ilə bağlı deyildi. Bu, “Fənərbağça”nın maraqlarını hər şeydən üstün tutmaq qərarı idi”./Teleqraf