Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Avropa Liqasında mübarizəyə məğlubiyyətlə başlayıb.


"Yeni Sabah" xəbər verir ki, Boris Qrebennikovun baş məşqçisi olduğu kollektiv İsveçdə Yunanıstan yığması ilə üz-üzə gəlib.


Qarşılaşma rəqibin 3:0 (20:25, 22:25, 7:25) hesablı qələbəsi ilə başa çatıb. pizza mizza


Qeyd edək ki, komanda növbəti matçını sabah ev sahibi İsveçə qarşı keçirəcək./Report



Telegram kanalımız