Son illərdə Azərbaycanda boşanma göstəricilərində artım tendensiyası müşahidə olunur. Rəsmi statistik məlumatlara əsasən, son bir neçə ay ölkədə təxminən 4,600-dən çox boşanma faktı qeydə alınıb. Dövlət Statistika Komitəsinin aylıq və rüblük hesabatları əsasında formalaşan bu rəqəmlər əvvəlki dövrlərlə müqayisədə artım dinamikasını göstərir.


 


Sfera.az xəbər verir ki, mütəxəssislərin fikrincə, bu artımın arxasında bir neçə sosial və psixoloji səbəblər dayanır. 


 


Psixoloqlar bildirirlər ki, müasir dövrdə cütlüklər arasında emosional uyğunluğun zəifləməsi və ünsiyyət problemləri daha çox müşahidə olunur. Sosial şəbəkələrin təsiri ilə formalaşan “ideal münasibət” gözləntiləri real həyatla üst-üstə düşmədikdə münasibətlərdə gərginlik yaranır.


 


Psixoloqlar qeyd edirlər ki, kompromisə meylin azalması və emosional uzaqlaşma boşanma riskini artıran əsas faktorlardandır.


 


Sosioloqlar isə boşanmaların artmasını daha çox cəmiyyətin sosial strukturundakı dəyişikliklərlə izah edirlər. Onların fikrincə, qadınların iqtisadi müstəqilliyinin artması, fərdi azadlıqlara verilən önəmin yüksəlməsi və şəhərləşmə prosesi ailə institutuna birbaşa təsir göstərir. Artıq bir çox hallarda münasibətlərin davam etdirilməsi sosial təzyiqdən daha az asılıdır.


 


Sosioloqlar həmçinin bildirirlər ki, boşanma əvvəlki illərlə müqayisədə cəmiyyətdə daha çox qəbul olunan bir hal kimi formalaşıb.


 


Nəticə olaraq, 2026-cı ilin ilk aylarına dair statistik göstəricilər boşanmaların artdığını göstərsə də mütəxəssislər bunun tək bir səbəbdən deyil psixoloji, sosial və iqtisadi faktorların birgə təsirindən qaynaqlandığını qeyd edirlər.


 


Mənsumə

Sfera.az