Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı Varşavada təşkil olunan Dünya Kubokunda yarımfinal mərhələsinə yüksəlib.


"Yeni Sabah" xəbər verir ki, Ratomir Deliçin baş məşqçi olduğu kollektiv 1/4 finalda Almaniya ilə üz-üzə gəlib.


Qarşılaşma Azərbaycan komandasının 18:16 hesablı qələbəsi ilə başa çatıb. Sezar pizza


Beləliklə, komanda növbəti mərhələdə Fransa - ABŞ cütünün qalibi ilə üz-üzə gələcək.


Qeyd edək ki, yarımfinal və final qarşılaşmaları iyunun 7-də baş tutacaq.



Telegram kanalımız