Futbol üzrə Portuqaliya millisinin yarımmüdafiəçisi Rafael Leao diskvalifikasiya səbəbindən 2026-cı il dünya çempionatının bir neçə matçını buraxa bilər.
"Yeni Sabah" xəbər verir ki, iyunun 7-nə keçən gecə Çili ilə yoldaşlıq oyununda (2:1) futbolçu birinci hissənin sonunda rəqib oyunçu İvan Romanla dava saldığı üçün meydandan qovulub.
Adətən qırmızı vərəqə yalnız növbəti yoldaşlıq oyunlarında diskvalifikasiyaya səbəb olur, lakin aqressiv davranışa görə alınan vərəqə zamanı cəza rəsmi oyunlara da şamil edilə bilər - bu halda söhbət dünya birinciliyinin qrup mərhələsinin matçlarından gedir. Sezar pizza
Qrup mərhələsində portuqaliyalılar Kolumbiya, Özbəkistan və Konqo Demokratik Respublikası milliləri ilə qarşılaşacaqlar.
Dünya çempionatı iyunun 11-dən iyulun 19-na qədər ABŞ, Meksika və Kanadada keçiriləcək./Oxu.az
Telegram kanalımız