Şəhid anaları Şamaxı şəhərində dəyərli sənətkarımız Mirələm Mirələmovun mərhum atasının üç mərasimində iştirak edərək ailəyə başsağlığı verib, kədərini bölüşüblər.


 


Sfera.az xəbər verir ki, şəhid analarının doğma oğulları qədər əziz bildikləri Mirələm Mirələmovun acısı onların da ürəyini ağrıdıb. Şəhid anaları qeyd ediblər ki, Mirələm müəllim illərdir onların ən ağır və kədərli günlərində yanlarında olub, dərdlərinə şərik çıxıb, onlara mənəvi dayaq durub. Bu gün isə onlar özlərinə mənəvi borc biliblər ki, Mirələm müəllimin kədərini bölüşsün, bu ağır günündə onun yanında olsunlar.


 


Mərasimdə “Mənim Oğlum Qəhrəmandır!” layihəsinin rəhbəri, gömrük xidməti polkovniki Mircəlal Qurbanov və tanınmış televiziya aparıcısı Lalə Azərtaş da iştirak ediblər.


 


Allah mərhumun rəhmət eləsin, məkanını cənnət etsin.