Mütəxəssislər xəbərdarlıq edirlər ki, vannada çimmək hesab edildiyi qədər gigiyenik olmaya bilər. Vannadakı su yenilənmədiyi üçün bədəndən ayrılan çirk və bakteriyalar suyun içində qalır və yenidən dəri ilə təmas edir.


“Yeni Sabah”ın araşdırmalarına əsasən Lester Universitetinin klinik mikrobioloqu Primrouz Fristoun bildirib ki, duş qəbul etmək təmizlik baxımından daha effektivdir. Axan su dəridəki mikrobları, tər qalıqlarını və ölü hüceyrələri yuyaraq bədəndən uzaqlaşdırır:


Bununla belə, mütəxəssislər vannanın faydalarını da vurğulayırlar. İsti su əzələlərin boşalmasına, stressin azalmasına və bədənin rahatlamasına kömək edir. Ekspertlər həm rahatlıqdan, həm də gigiyenadan faydalanmaq üçün əvvəl vannada dincəlməyi, daha sonra isə qısa müddət duş qəbul etməyi tövsiyə edirlər. pizza sifarişi


Cəlalə Cəlalqızı



Telegram kanalımız