Bəzi "iPhone" istifadəçilərinin yaxın illərdə Android əməliyyat sistemli smartfonlara keçəcəyi proqnozlaşdırılır.
Sfera.az xəbər verir ki, bu barədə BGR nəşri yazıb.
Məqalədə qeyd olunur ki, Android cihazlarının daha geniş seçim imkanına malik olması və bir çox modelin i"Phone"larla müqayisədə daha sərfəli qiymətə təklif edilməsi istifadəçilərin seçimlərinə təsir göstərən əsas amillərdəndir.
Nəşrin müəllifləri Android əməliyyat sisteminin daha geniş fərdiləşdirmə imkanları təqdim etdiyini, istifadəçilərin cihazın interfeysini və funksiyalarını daha sərbəst şəkildə tənzimləyə bildiyini vurğulayıblar.
Bundan əlavə, Android cihazlarında tətbiqlərin rəsmi mağazadan kənar mənbələrdən quraşdırılmasının daha sadə olduğu qeyd edilir. Mütəxəssislər hesab edirlər ki, bəzi istifadəçilər məhz bu səbəbdən "iPhone"dan uzaqlaşa bilərlər.
Məqalədə yeni dizaynlara maraq da ön plana çıxarılıb. Xüsusilə qatlana bilən smartfonların populyarlığının artması bəzi istifadəçiləri Android ekosisteminə yönləndirə bilər.
Ekspertlər həmçinin bildirirlər ki, bəzi bölgələrdə iPhone modellərinin yalnız eSIM dəstəyi ilə satışa çıxarılması da istifadəçilərin narazılığına səbəb olur. Android smartfonlarının bir hissəsi isə iki fiziki SIM kart dəstəyi təqdim edir.
Digər səbəb kimi qulaqlıq girişinin göstərildiyi bildirilir. "Apple" uzun müddətdir ki, 3,5 mm qulaqlıq girişinə malik telefon istehsal etmir.
İnci
Sfera.az