Sabah Şəki rayonunun Baş Zəyzid və Vərəzət kəndlərinin təbii qaz təchizatında fasilə yaranacaq.


 


Sfera.az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismar İdarəsi məlumat yayıb.


 


Buna səbəb payız-qış mövsümünə hazırlıq işlərinin aparılmasıdır. 


 


Məlumata görə, iyunun 9-da saat 10:00-dan etibarən işlər yekunlaşanadək adıçəkilən yaşayış məntəqələrinin qaz təchizatı müvəqqəti dayandırılacaq.