20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoxlama oyununa çıxıb.
Sfera.az xəbər verir ki, Qəbələdə təlim-məşq toplanışında olan yığmamız Pakistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Görüş Azərbaycan millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu Hikmət Cəbrayılzadə vurub.
Qeyd edək ki, U-20 millimiz Qəbələdəki hazırlıq prosesini iyunun 10-da başa vuracaq.