ABŞ Prezidenti Donald Tramp, inflyasiyanın 4 faizdən yuxarı qalxdığını göstərən məlumatlara müsbət reaksiya verərək, jurnalistlərə inflyasiyanı sevdiyini deyib. Tramp əlavə edib ki, İranla müharibə bitdikdən sonra ABŞ-də qiymətlər düşəcək.


 


Sfera.az xəbər verir ki, dünən jurnalistlər Trampdan ABŞ-də inflyasiyasının üç ilin ən yüksək səviyyəsinə çatdığına dair sual veriblər.


 


Trampa xatırladılıb ki, bu ilin noyabrında ara seçkilər keçiriləcək. Dövlət başçısından yüksək inflyasiyanın Respublikaçılar Partiyasına zərər verib-verməyəcəyi soruşulub. Tramp buna cavab olaraq inflyasiyanı sevdiyini deyib.


 


Bununla belə o, müharibə bitdikdən sonra neft qiymətlərinin əvvəlki səviyyələrə qayıdacağını da vurğulayıb:


 


"Görəcəksiniz. Neft qiymətləri düşür və müharibədən sonra qaya kimi düşəcək".


 


Vasif

Sfera. az