Dünya Kuboku matçını idarə edən ilk somalili olacağı gözlənilən hakim Omar (Ömər) Artan Mayami Hava Limanına çatdıqdan sonra geri qaytarılıb.


 


Sfera.az bildirir ki, hakim şənbə günü İstanbuldan Mayami Beynəlxalq Hava Limanına gəldikdən sonra ABŞ Gömrük və Sərhəd Mühafizəsi (CBP) tərəfindən saxlanılıb.




CBP bildirib ki, somalili hakim “yoxlama problemləri" səbəbindən qəbuledilməz hesab edilib. Lakin onlar əlavə detalları açıqlamaqdan imtina ediblər.


 


FIFA sözçüsü Artanın 11 iyunda ABŞ, Meksika və Kanadada başlayacaq turniri buraxacağını təsdiqləyib.


 


"FIFA hakim Ömər Əbdülqədir Artanın ABŞ-a girişinə icazə verilmədiyi üçün 2026-cı il FIFA Dünya Kubokunda məşq edə və ya hakimlik edə bilməyəcəyini təsdiqləyə bilər"- deyə sözçü bildirib.


 


FIFA ev sahibi ölkələrin immiqrasiya proseslərinə müdaxilə etmədiyini və ərazilərinə giriş məsələsinin həmin ölkənin hökuməti tərəfindən həll olunduğunu qeyd edib. Buna görə də, onlar yalnız Artanın statusunun dəyişməz qalacağını öyrənə biliblər.


 


Qeyd etmək lazımdır ki, Somali ABŞ prezidenti Donald Tramp tərəfindən 2025-ci ildə hökumətin immiqrasiya nəzarətini gücləndirmək tədbirləri çərçivəsində elan edilən giriş qadağasına məruz qalan ölkələrin siyahısındadır.


 


Ömər Artan 2025-ci ildə Afrika Futbol Konfederasiyasının (CAF) "İlin Hakimi" seçilib.




O, 2018-ci ildə FIFA hakimi statusu aldığı dövrdən bəri Somali Milli Futbol Liqasında oyunları idarə edir.


 


2023-cü ildə Artan Əlcəzairdə keçirilən Afrika Millətlər Kubokunun final oyununu idarə edib. İki il sonra, 2025-ci ildə o, Afrika Futbol Konfederasiyası (CAF) tərəfindən ilin hakimi seçilib.


 


Aynil