“Bavariya”nın hücumçusu Harri Keynlə bağlı gözlənilməz iddia irəli sürülüb.
Sfera.az xəbər verir ki, ingiltərəli futbolçu ilə Münhen təmsilçisi arasında yeni müqavilə danışıqlarında fikir ayrılığı yaranıb.
Almaniyanın “Kicker” nəşrinin məlumatına görə, tərəflər müqavilənin müddəti və şərtləri ilə bağlı ortaq məxrəcə gələ bilməyiblər.
Hazırkı sözləşməsi 2027-ci ildə başa çatacaq 32 yaşlı hücumçu ilə Səudiyyə Ərəbistanı və İngiltərə klublarının maraqlandığı iddia olunur.
Qeyd edək ki, Harri Keyn 2025/26 mövsümündə “Bavariya”nın heyətində bütün turnirlərdə 51 oyuna çıxıb. O, 4050 dəqiqə meydanda olub, 61 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.