“Real Madrid” yeni baş məşqçisini açıqlayıb.
Sfera.az xəbər verir ki, İspaniya nəhəngi Joze Mourinyo ilə razılığa gəlib.
Portuqaliyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb. Mourinyo “Real Madrid”i 2029-cu il iyunun 30-na qədər çalışdıracaq.
Təcrübəli baş məşqçi iyulun 13-də Madrid klubuna qoşulacaq.
Qeyd edək ki, Joze Mourinyo daha əvvəl 2010-2013-cü illərdə də “Real Madrid”in baş məşqçisi olub. Portuqaliyalı mütəxəssis Madrid təmsilçisi ilə La Liqa, İspaniya kuboku və ölkə Superkubokunu qazanıb./teleqraf