2026-cı il dünya çempionatında qrup mərhələsinin ilk turu davam edir. Bu gün və sabah azarkeşləri bir neçə maraqlı qarşılaşma gözləyir.


“Yeni Sabah” xəbər verir ki, oyun gününün açılış matçında B qrupunun iştirakçıları Qətər və İsveçrə üz-üzə gələcəklər. Daha sonra C qrupunda Braziliya Mərakeşlə münasibətlərə aydınlıq gətirməyə çalışacaq. Həmin qrupun digər görüşündə isə Şotlandiya Haiti ilə qarşılaşacaq.


Türkiyə millisi də mundialda mübarizəyə start verir. D qrupunda yer alan "ay-ulduzlular" ilk sınağında Avstraliya yığması ilə qarşılaşacaq. pizza


Dünya çempionatı, I tur


13 iyun


23:00 – Qətər – İsveçrə


14 iyun


02:00 – Braziliya – Mərakeş


05:00 – Haiti – Şotlandiya


08:00 – Avstraliya – Türkiyə


Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi mundial iyulun 19-da başa çatacaq.


 Cəlalə Cəlalqızı



Telegram kanalımız