DÇ-2026-nın Çexiya-Cənubi Afrika oyununun baş hakimi müəyyənləşib.
"Yeni Sabah" xəbər verir ki, A qrupunun 2-ci turunun bu qarşılaşmasını ABŞ-dan olan Tori Penso idarə edəcək.
39 yaşlı referi kişilər arasında keçirilən dünya çempionatlarında matçı baş hakim kimi idarə edən ikinci qadın olacaq. Sezar pizza
Çexiya-Cənubi Afrika görüşü iyunun 18-də ABŞ-ın Atlanta şəhərində keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
Dünya çempionatları tarixində ilk qadın baş hakim isə fransalı Stefani Frappar olub. O, DÇ-2022-nin qrup mərhələsində Almaniya-Kosta-Rika (4:2) oyununda ədaləti qoruyub.
Telegram kanalımız