Özəl sektorun dəstəklənməsi istiqamətində daha fəal tərəfdaşlığın formalaşacağı gözlənilir.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov paylaşım edib.
O, Prezidenti İlham Əliyevin iştirakı ilə Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxışına istinad edib. pizza hut
Deputat qeyd edib ki, 57 dövlətin üzv olduğu İslam İnkişaf Bankı (İİB) qlobal maliyyə qurumlarından hesab olunur. 1974-cü ildə yaradılan bank hazırda 150 milyard dollarlıq nizamnamə kapitalı və 76 milyard dollarlıq abunə kapitalına malikdir. Bankın ən böyük sərmayədarı 23.5 fazi ilə Səudiyyə Ərəbistanıdır. Azərbaycanın nizamnamə kapitalında payı 1 faizdir. Bu pay ilə Azərbaycan bankda ilk on beşlikdə qərarlaşıb.
V.Bayramovun sözlərinə görə, ötən il maliyyə tərəfdaşları İİB tərəfindən maliyyələşdirilən layihələrə 5,5 milyard dollar məbləğində ianə edərək, ortaq maliyyə və inzibati məsuliyyətlər vasitəsilə layihələrə dəstək olublar:
"Bank 2025-ci il üçün iqlim maliyyələşdirməsi hədəfini 35 faizə çatdıraraq bu istiqamətə 2,4 milyard dollar ayırıb. Bu əməkdaşlıq Azərbaycan üçün nələr vəd edir?
İllik toplantıları çərçivəsində Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) ilə Azərbaycan arasında artıq bir sıra sazişlər imzalandı. 295 milyon dollar dəyərində olan bu anlaşmalar tərəflər arasında əməkdaşlığın gücləndirilməsinə xidmət edəcək".
Aytac Əliyeva
Telegram kanalımız