Bu ilin yanvar-may aylarında Gürcüstan Azərbaycana 66,4 milyon ABŞ dolları dəyərində 1 min 926 ədəd avtomobil ixrac edib.


“Yeni Sabah” xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 38%, kəmiyyət olaraq – 2 dəfəyə yaxın azdır.


Beləliklə, Azərbaycan Gürcüstanın avtomobil ixrac etdiyi ölkələr sırasında 3-cü yerdə qərarlaşıb. Marqarita pizza


Bu ilin ilk 5 ayı ərzində Gürcüstan xarici ölkələrə 734,6 milyon ABŞ dolları dəyərində 29 min 297 ədəd avtomobil satıb ki, bu da bir il əvvəlki göstəricilərə nisbətən müvafiq olaraq 25% və 24% azdır.



Telegram kanalımız