Dünya birjalarında qızılın kəskin bahalaşması fonunda Azərbaycanın daxili bazarında və nağd zərgərlik sektorunda da qiymətlər yüksəlib.


“Yeni Sabah” rəsmi göstəricilərə istinadən xəbər verir ki, hazırda qlobal bazarlarda qızılın bir troya unsiyasının qiyməti 4156 ABŞ dolları səviyyəsində qərarlaşıb. Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) rəsmi məzənnəsinə əsasən isə 1 troya unsiyasının dəyəri rekord həddə — 7073.61 AZN-ə çatıb.


Qlobal birjalardakı bu artım daxili nağd qızıl bazarına və zinət əşyalarının satışına da birbaşa təsir göstərib. Hazırda daxili bazarda qızılın əyarından (karatından) və təmizliyindən asılı olaraq 1 qram üzrə təxmini qiymətlər aşağıdakı kimidir: Pepperoni pizza


999 əyar (Xalis qızıl / Külçə): -228 AZN


875 əyar (Səudiyyə / Körfəz qızılı): -200 AZN


750 əyar (İtalyan qızılı): -171 AZN


585 əyar (Türk / Rus qızılı): -134 AZN


583 əyar (Köhnə sovet qızılı): -133 AZN


Ekspertlər qeyd edirlər ki, mağazalarda və bazarlarda hazır zərgərlik məmulatlarının (üzük, sırğa, qolbaq və s.) satışı zamanı bu qiymətlərin üzərinə dizayndan və işin mürəkkəbliyindən asılı olaraq əlavə işçilik haqqı da hesablanır.


Cəlalə Cəlalqızı



Telegram kanalımız