"Sabah" komandası UEFA Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanıb.


"Yeni Sabah" xəbər verir ki, ölkə çempionu pley-off mərhələsinin cavab oyununda İsrailin "Hapoel" (Beer-Şeva) kollektivini qəbul edib.


Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə bitib - 5:2 pizza sifarişi


90 dəqiqə ərzində qonaqların heyətində 10-cu dəqiqədə İqor Zlatanoviç, 61-ci dəqiqədə Qay Mizrahi fərqlənib. Azərbaycan təmsilçisində Kristian Nvaçukvu 38-ci, Umarali Raxmonaliyev 74-cü, Tellur Mütəllimov 90+4-cü dəqiqədə adını tabloya yazdırıb.


Rumıniyada baş tutan ilk görüş rəqib komandanın 2:1 hesablı qələbəsi ilə başa çatdığından əlavə vaxta ehtiyac duyulub.


Əlavə vaxtda isə 101-ci dəqiqədə Patrik Orfe Mbina, 115-ci dəqiqədə Coy-Lens Mikels "Sabah"ın növbəti qollarını vuraraq yekun nəticəni müəyyən ediblər.


Beləliklə, "Sabah" tarixində ilk dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.



Telegram kanalımız