Türkiyə Super Liqasının IV turunda keçiriləcək "Başakşehir" - "Qalatasaray" və "Fənərbağça" - "Beşiktaş" qarşılaşmalarının tarixləri müəyyənləşib.


“Yeni Sabah” xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) məlumat yayıb.


Belə ki, oyunların keçirilmə tarixləri UEFA Çempionlar Liqasının təqvimi nəzərə alınaraq müəyyənləşdirilib. pizza


Belə ki, Çempionlar Liqasının liqa mərhələsində "Qalatasaray"ın sentyabrın 9-da, "Fənərbağça"nın isə sentyabrın 10-da meydana çıxacağı nəzərə alınaraq, Super Liqanın IV turunun bu qarşılaşmaları aşağıdakı tarixlərdə keçiriləcək:


4 sentyabr, cümə


21:00. "Başakşəhər" - "Qalatasaray".


5 sentyabr, şənbə


21:00. "Fənərbağça" - "Beşiktaş".  



Telegram kanalımız