Mərkəzi Bank statik və dinamik proqram təhlükəsizliyinin testləşdirilməsi xidmətinin dəstəklənməsi ilə bağlı tədbir həyata keçirir.
“Yeni Sabah” xəbər verir ki, işlərin yerinə yetirilməsi “SMARTIT” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə olunub.
Mərkəzi Bank ilə şirkət arasında bağlanan müqavilənin ümumi dəyəri 159 153,74 AZN təşkil edir. Müqavilə çərçivəsində şirkət baş bankın proqram təminatlarının kibertəhlükəsizlik standartlarına uyğunluğunun yoxlanılması, statik (SAST) və dinamik (DAST) təhlükəsizlik testlərinin aparılması xidmətlərini həyata keçirəcək. Marqarita pizza
Qeyd edək ki, sözügedən şirkət 2015-ci ildə təsis edilib və nizamnamə kapitalı 100 manat təşkil edir.
Telegram kanalımız